Rusiya İranda yeni atom elektrik stansiyası tikəcək.
Lent.az-ın “İTAR-TASS” agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın Atom Enerjisi üzrə Təşkilatının rəhbəri Əli Əkbər Salehi bəyan edib.
Əli Əkbər Salehi deyib ki, İran və Rusiyanın hökumətlərarası komissiyasının sonuncu iclasında yeni AES-in tikintisi ilə bağlı iqtisadi məsələlər razılaşdırılıb: “İran xalqı Buşəhr AES-in istifadəyə verilməsini 37 il gözlədi. Yaxın vaxtlarda biz yeni AES-in tikintisinin şahidi olacağıq”.
Qeyd edək ki, bu gün Buşəhr AES-in iranlı mütəxəssislərə təhvil verilməsi ilə bağlı protokol imzalanacaq. İki il ərzində Büşəhr AES Rusiyanın qarantiyası altında olacaq, bir neçə rus mütəxəssis iranlılara məsləhət vermək üçün bu ölkədə qalacaq.