Yaxın vaxtlarda Rusiya Hökuməti yanında Rus Dilinin Təbliğatı Məsələləri üzrə Şura yaradılacaq.
Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün Rusiya təhsil və elm nazirinin müavini Veniamin Kaqanov açıqlayıb.
Veniamin Kaqanov deyib ki, yeni Şura Rusiya və xaricdə rus dilinin təbliği ilə məşğul olacaq. Söhbət ilk növbədə keçmiş SSRİ məkanından gedir. Onun sözlərinə görə, Şura yaradıldıqdan qısa müddət sonra Rusiyanın regionlarında və xaricdə rus dilinə maraq artacaq. Rus dilinin öyrənilməsi ilə bağlı yeni Dövlət Proqramı qəbul ediləcək, distant təhsil imkanı da yaradılacaq.