İranı BMT-nin Baş Assambleyasında təmsil edəcək heyətə ilk dəfə olaraq, İslam Respublikasında yaşayan yəhudi də daxil edilib. Lent.az-ın «Qardian» və «Assoşieyted press»-ə istinadən məlumatına görə, bu, ölkədə yaşаyan 25 minlik yəhudi icmasının İran parlamentindəki təmsilçisi Siyamək Moreh Sadiqdir.
Yəhudi deputat nümayəndə heyətinin tərkibində olduğunu təsdiqləyərək, ABŞ vizasının gözlədiyini söyləyib.