İtaliyada Sardiniyanın şimalında Maddalena qoruq arixipelaq adası hərraca çıxarılıb. Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, oktyabrın 2-də həmin ərazi 2,94 milyon avroya satılıb.
1,6 kv.km sahəsi olan adanın yeni sahibi Yeni Zelendiyadan olan sahibkardır.
Onun vəkili bildirib ki, adanın yeni yiyəsi ətraf mühitin qorunması problemlərinə diqqət göstərir.
Hüquqi cəhətdən Maddalenanın yiyəsi Sardiniya hakimiyyəti isə bu sövdələşməyə qarşıdır. Bunun üçün onların 90 gün vaxtı var. Bu müddət ərzində onlar yeni zelandiyalının pulun qaytara bilsə o zaman adanı da xilas edəcəklər.
Budelli adlanan həmin ada (italyanca «bağırsaq» deməkdir) özünün nadir «qırmızı» çimərliyi və təkrarsız gözəlliyi ilə məşhurdur. QOruq ərazisi olduğundan orada nəinki tikinti işlər görmək , hətta bələdçinin və Maddalena arxipelaqının nəzarətçisinin müşayiəti olmadan gəzinti belə qadağandır.