Hindistan Milli Konqress Partiyası prezidentinin müavini Rahul Qandi hökuməti ağır cinayətlər törətməkdə mühakimə olunmuşlar üçün parlamentdə yer saxladığı üçün tənqid edib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, hökumət mühakimə olunduqları üçün deputat mandatından məhrum edilmiş siyasətçilərlə bağlı Ali Məhkəmənin qərarına yenidən baxılmasına səy göstərir.
Mənbə bildirib ki, İndira Qandinin nəvəsinin bu çıxışı məhkəmənin qərarının dəyişməsini dəstəkləyən baş nazir Manmoxan Sinqhin «aşağılanması kimi» dəyərləndirilir.
Mütəxəssislərin proqnozlarına əsasən, Rahul Qandi 2014-cü ildə keçiriləcək seçkidə təmsil olunduğu siyasi partiyadan namizədliyi baş nazir postuna irəli sürüləcək.