Putinin müşaviri: «Ukrayna müflis ola bilər»
22 sentyabr 2013 03:15 (UTC +04:00)

Putinin müşaviri: «Ukrayna müflis ola bilər»

Rusiya prezidentinin müşaviri Sergey Qlazev bildirib ki, Ukrayna ilə Avropa Birliyi arasında azad ticarət  zonası yarandıqdan sonra ticarət balansında defisitin səviyyəsinin kəskin  artması bu ölkənin defoltuna (müflisləşmə) səbəb ola bilər.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, «Yalta beynəlxalq strategiya» forumunda çıxışında müşavir deyib: «Əgər Ukrayna Avopa Birliyi ilə müqaviləni imzalayarsa, ödəniş balansı pisləşəcək. Onda belə bir suala yaranır: Ukrayna üçün qaçılmaz olan defoltu kim ödəyəcək?»

 

Onun qənaətincə, Ukraynanın valyuta ehtiyatı yarım ilə yetər, ancaq müflisləşmənin nəticələrinin aradan qaldırmaq üçün 25-35 milyard dollar lazımdır.

 

Qlazev xatırladıb ki, Rusiya bankları Kiyevə Ukraynanın ödəniş balansını nizamlaması üçün 750 milyon dollar həcmində kredit verib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1010
avatar

Oxşar yazılar