Rusiya prezidenti Vladimir Putin Ukrayna Nazirlər Kabinetinin Avropa Birliyi ilə Assosiasiya haqqında razılaşma layihəsini dəstəkləmək qərarının şərh edib.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, o, deyib ki, əgər Ukrayna əvvəlcə Gömrük İttifaqına qoşulub sonradan Rusiya ilə birlikdə Avropa ilə əməkdaşlıqda daha yaxşı şərtlər əldə edə bilərdi.
«Biz hesab edirik ki, əsas ticarət tərəfdaşımız olan Avropa ilə ticari və iqtisadi əlaqələrə dair yaxşı şərtlər əldə etmək üçün bizdə daha çox şanslar olardı»- deyə, Putin bildirib.
Bundan başqa o, Kiyevi xəbərdar edib ki, Ukrayna və AB arasında azad ticarət zonası yarandıqda Rusiya öz bazarını ucuz Ukrayna mallarının axınından qoruyacaq:
«Biz ona görə də qabaqcadan xəbərdar edirik. Biz hər şeyi anlayırıq, bu sizin seçiminizdir, ancaq biz öz bazarımızı qorumalı olacağıq və qoruma vasitələrini işə salacağıq. Bunu nəzərə alın.Biz bunu sizə açıq və səmimi deyirik».