Pakistanda 2 min 200 nəfər, o cümlədən 400 dinc sakin ABŞ-ın pilotsuz uçan aparatının zərbələrinin qurbanı olub.
Lent.az-ın «RBK»-yə istinadən məlumatına görə, BMT-nin insan haqlarını müdafiə və terrorçuluğa qarşı mübarizə üzrə komitəsinin özəl nümayəndəsi Ben Emmerson bu haqda açıqlama verib.
Emmersonun Pakistan Daxili İşlər Nazirliyindən aldığı məlumata əsasən, 2004-cü ilin başlanğıcından ABŞ-ın bu aparatları azı 300 zərbə endirib. Mənbə bildirib ki, Amerika aparatları ilə yanaşı, Britaniya və İsrailin də belə qurğuları Pakistan ərazisini vurub.
BMT təmsilçisi ABŞ-ı pilotsuz uçan aparatlarla keçirilən əməliyyatla bağlı BMT-yə informasiya verməyə çağırıb.