Sentyabrın 21-də Sankt-Peterburqun Lomonosov küçəsində atəş açılıb.
Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, olayı İnternet klubunun yaxınlığında baş verib. Hadisəninin görüntülərini ictimai şəbəkəyə yerləşdirən bildirib ki, atəşi «qafqazlılar açıb».
Atəş pnevmatik silahdan açılıb. Nəticədə yoldan keçən iki nəfər təsadüfən yaralanıb. Onlardan biri ayağından aldığı yaradan xəstəxanaya yerləşdirilib.
«Xalqçılar»ın qanunsuz miqrantlara qarşı keçirdiyi mitinqin qarşısını isə polis alıb.