Sentyabrın 27-də axşam saatlarında Parisin mərkəzi rayonlarından birində partlayış baş verib.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, olay nəticəsində bir nəfər həlak olub, 3 nəfər yaralanıb.
Mənbə bildirib ki, hadisə tikinti sahəsində zirzəmidə baş verib. Məlumata əsasən, xəsarət alanların hamısı fəhlədir. Onlardan biri itkin sayılır.
Partlayış zamanı inşaatçılar binanın isidilməsi üçün istifadə olunacaq mazut saxlanılan yeri təmir edirmiş.
Hadisənin baş vermə səbəbi hələlik açıqlanmayıb.