ABŞ prezidenti Barak Obama son həftə ölkədə sürən büdcə böhranının Amerika iqtisadiyyatına ciddi zərbə vurduğunu söyləyib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, Ağ Evin indiki yiyəsi təhlilçilərin arayışlarına əsasən, bildirib ki, bu böhran ucbatından ölkə iqtisadiyyatının inkişafının sürəti azalıb.
ABŞ lideri qeyd edib ki, bu vəziyyətdən heç kim udmadı, əksinə onun mənfi çalarları bütün dünyada hiss olundu.