Ağ ev prezident Barak Obamanın İran hökumətinin başçısı Həsən Ruhani ilə telefon danışığı haqda İsrail hökumətini məlumatlandırıb.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, bu haqda «Röyter» xəbər yayıb.
İsrail tərəfi agentliyə bildirib ki, ABŞ-ın qənaətincə, İranın nüvə proqrammı ilə bağlı Qərbin şübhələrini dağıtmaq üçün Tehranın bəyanatına hazır olmaq lazımdır: «Bununla belə ABŞ İranla təmasları barəsində İsrail rəhbərliyini davamlı olaraq, məlumatlandırmaq niyyətindədir».