Nayrobidəki atışmanı «əl-Şəbaаb» törədib
Keniyanın paytaxtında baş verən partlayışın məsuliyyətini Somalidəki «əl -Şəbaаb» adlı özünü islamçı sayan qruplaşma götürüb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bu haqda təşkilatın üzvləri öz «Twitter» səhifəsində yazıblar.
Mənbə bildirib ki, təşkilat bunu Keniya ordusunun Somalidə mövcudluğuna cavab olaraq, törətdiyini bəyan edib.
***
20,24
Bu gün Keniyanın paytaxtı Nayrobi şəhərində yerləşən iri ticarət mərkəzlərinin birində baş verən atışma zamanı həlak olanların sayı 22-yə çatıb.
APA-nın məlumatına görə, yerli hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, bu hadisənin terror aktı olması ilə bağlı ehtimallar var. Şahidlər isə hadisənin törədən şəxslərin yerli dildə deyil, ərəb və ya Somali dilinə bənzəyən dildə danışdıqlarını vurğulayıblar.
Ticarət mərkəzinə hücum zamanı 7 nəfər girov götürülüb, binada olan bütün müsəlmanlar sərbəst buraxılıb.