Müfəttişlər Dəməşqdəki hakimiyyətlə görüşüb
27 sentyabr 2013 05:17 (UTC +04:00)

Müfəttişlər Dəməşqdəki hakimiyyətlə görüşüb

Sentyabrın 25-də Dəməşqə qayıdan BMT müfəttişləri Suriyada kimyəvi silahdan hücum ehtimalı ilə bağlı bərpa etdikləri araşdırmanı başa çatdırıb.

 

Lent.az-ın «İTAR-TASS» istinadən məlumatına görə, bu haqda sentyabrın 26-da BMT baş katibinin təmsilçisi Martin Nesirki jurnalistlərə açıqlama verib.

 

«Dəməşqə gələn komanda öz işin başa çatdırıb. Onlar Suriyadakı hakimiyyətlə görüşüb, öz fəaliyyətlərini onlarla müzakirə edib»-deyə, o, bildirib.

 

Nesirki deyib ki, Suriya məsələsi üzrə BMT-nin baş katibi Pan Ge Mun, ABŞ-ın dövlət katibi Con Kerri, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun, özəl təmsilçi Brahiminin iştirakı ilə keçiriləcək görüşün formatı genişlənə və  başqa dövlətlərin nümayəndələri də qatıla bilər:«Bu görüş başa çatan kimi onun barəsində ətraflı məlumat verəcəyik».

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 663
avatar

Oxşar yazılar