Moskvada qurban kəsilməsinə icazə verilmədi
15 oktyabr 2013 19:25 (UTC +04:00)

Moskvada qurban kəsilməsinə icazə verilmədi

Moskva şəhərində müsəlmanların Qurban bayramında 100 mindən artıq insan iştirak edib. Lent.az-ın BBC-ə istinadən verdiyi məlumata görə, dindarların əksəriyyəti səhər saatlarında Moskva cümə məscidinə gəlib.

Məscidi əhatələyən ərazi möminlərlə dolu olub. İbadət vaxtı polis bütün yaxın küçələrdəki nəqliyyat hərəkətini dayandırıb. “Prospekt mira” metro stansiyasında təhlükəsizlik tədbirləri gücləndirilib. Oradan keçənlərin çantaları yoxlanırmış.

Bayram ibadətindən əvvəl möminlərə müraciətlə Rusiya Müftiləri Şurasının sədri müfti şeyx Ravil Qaynutdin çıxış edinb.

Rusiya Müftiləri Şurasının qərarına görə builki bayramda Moskva şəhərində qurban kəsilməyəcək.

Bunun üçün Moskva vilayətinin ət kombinatlarının qarşısında xüsusi meydançalar ayrılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1289
avatar

Oxşar yazılar