Misirdə generalın prezidentliyi üçün 4 milyon imza
11 oktyabr 2013 02:32 (UTC +04:00)

Misirdə generalın prezidentliyi üçün 4 milyon imza

Misirin vətəndaş cəmiyyətinin fəalları müdafiə və hərbi sənayesi naziri Əbd əl-Fəttah əs-Sisiinin seçki keçirilmədən prezident təyin edilməsi tərəfdarları bu məqsədlə 4 milyon imza topladıqlarını bildirib.

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, bir neçə gün öncə general bildirmişdi ki, ölkədə «vətəndaş savaşının baş verməməsi üçün» prezident Məhəmməd Mursini ordu devirdi.

 

«Əl-Məsri əl -Yum» qəzetinə müsahibəsində əs-Sisi vurğulayıb ki, ordu «Milli maraqların istəyinə uyğun hərəkt edib».

 

Generalın sözlərinə əsasən, devrilməzdən bir az öncə M.Mursi ilə söhbət edib və ondan mövcud vəziyyətdən çıxmaq üçün təxirəsalınmaz addımlar atmasını istədiyini söyləyib: «Ancaq o, ləng tərpəndi».

 

Mənbə bildirib ki, hazırda Misirdə hərbiçilər tərəfindən təyin edilmiş prezident Ədl Mənsur deyil, məhz əs-Sisi daha məşhurdur. Misirlilərini bəziləri onu ölkənin keçmiş və öldürülmüş prezidenti Ənvər Sadata bənzədir. Bununla belə general hələlik «kölgədə qalmağa» üstünlük verməkdədir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 868
avatar

Oxşar yazılar