Məşhur "qanuni oğru" həbs edildi
13 oktyabr 2013 19:14 (UTC +04:00)

Məşhur "qanuni oğru" həbs edildi

Ukraynanın Kiyev şəhərində xüsusi təyinatlıların keçirdiyi əməliyyat zamanı yezidi kürdü olan “qanuni oğru”, 37 yaşlı Qadi Kolayan həbs edilib. Onunla birlikdə cangüdəni, beynəlxalq dərəcəli idman ustası Zoqrab Ozmanyan da saxlanılıb. 

Qeyd edək ki, kriminl aləmdə Onik kimi tanınan “qanuni oğru” 3 il Ukrayanya gəlmək qadağan edilib. 

Ermənistandan olan yezidi kürdü ötən ilin 12 iyulunda Ded Xasan klanına daxil olan üzvlərin keçirdiyi “sxodka”da taclandırılıb. Ona müsbət rəy verən isə Ded Xasanın yaxın qohumu Valeri Farizov olub.

Bundan bir il əvvəl də Onik Qela Kardava və Timuri Mirzoyevin də iştirak etdiyi “sxodka”da saxlanmışdı.

Məlumatlara görə, Onik hazırda kriminal aləmdə baş verən qarşıdurmalara çox müdaxilə etmir və əsasən yezidi kürd olan “oğru”larla əlaqə saxlayır.

 

anews.az

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2720
avatar

Oxşar yazılar