Meksika sahillərində 6,5 bal gücündə zəlzələ olub.
Lent.az-ın «Gazeta»-ya istinadən məlumatına görə, yeraltı təkanların mərkəzi Kaliforniya boğazında 8 km dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar haqda məlumat yayılmayıb. Şahidlər bildirib ki, təkanlar sahildə yetərincə güclü hiss edilib.