Meksikanın şimalındakı Çiuaua ştatında 5,4 bal gücündə zəlzələ olub. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, zəlzələ nəticəsində dağıntı və xəsarət alanlar barədə məlumat hələlik daxil olmayıb.
Milli seysmoloji xidmətin məlumatına görə, yeraltı təkanların episentri Delisias şəhərindən 54 km cənub-qərbdə, 3 km dərinlikdə qeydə alınıb. Zəlzələdən az sonra 4,9 bal gücündə təkrar təkan qeydə alınıb.