Bu gün Liviyanın maliyyə naziri Abdel Kərim əl-Kilyani də oğurlanıb.
Lent.az-ın “Sky New Arabia” telekanalına istinadən verdiyi məlumata görə, Abdel Kərim əl-Kilyani Tripolidə saxlanılıb və naməlum istiqamətə aparılıb.
Qeyd edək ki, Bu gün Liviyanın baş naziri Əli Zeydan da oğurlanıb.
Bu arada baş verən olayların arxasında Liviya Daxili İşlər Nazirliyinin olduğu barədə də məlumatlar yayılmaqdadır. İlkin məlumatlara görə, Liviya Daxili İşlər Nazirliyi Müəmmər Qəddafinin devrilməsində iştirak etmiş silahlı inqilabi təşkilatların dəstəyi ilə xüsusi əməliyyat keçirir. Məqsəd dövlət təhlükəsizliyi və korrupsiya ilə bağlı cinayətlərdə iştirak etmiş bəzi yüksək vəzifəli dövlət məmurları və siyasətçilərin həbsidir. Bəzi məlumatlarda isə Liviya baş naziri və maliyyə nazirinin silahlı birləşmələr tərəfindən ölkədən çıxarıldığı bildirilir.