Maxaçqala şəhərində polis əməkdaşlarının keçirdiyi xüsusi əməliyyat nəticəsində yerli quldur dəstəsinin başçısı məhv edilib.
APA-nın məlumatına görə, əməliyyat zamanı «Xəzər» quldur dəstəsinin lideri, 1968-ci il təvəllüdlü Zaur Şeyxməhəmmədov polis əməkdaşlarına odlu silahdan atəş açıb. Cavab atəşi nəticəsində federal axtarışda olan Z.Şeyxməhəmmədov öldürülüb.