Liviyanın Benqazi şəhərində yaraqlılar yerli hərbi polisin rəisi Əhməd Barqatini güllələyib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, təhlükəsizlik orqanları bildirib ki, polkovnik Ə.Barqati məscidə cümə namazına gedərkən, onu bir neçə dəfə atəş tutublar.
Hələlik heç bir silahlı qruplaşma polis rəisinin qətlinin məsuliyyətini boynuna götürməyib.