Litva Seymi sədrindən gürcü siyasilərə çağırış
08 oktyabr 2013 05:05 (UTC +04:00)

Litva Seymi sədrindən gürcü siyasilərə çağırış

“Litvalılar gürcülərə görə çox narahat olur, onlar Gürcüstanı Avropa olaraq görmək istəyir.” APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu oktyabrın 7-də Tiflisdə keçirilən beynəlxalq parlament konfransının  yekununda Litva Seyminin sədri Loretta Qraujinene deyib.

 

“Hesab edirəm ki, siyasətçilərin bir-biri ilə razılığa gəlməməsi böyük problemdir. Əks halda irəli getmək mümkün olmayacaq. Siyasət-kompromisdir. Siyasətçi ona görə adlanırıq ki, bu kompromisi tapaq.  Litvalılar gürcülərə  görə çox narahatdır. Siyasətçilər  kompromis tapmağa borcludur. Onlar öz ambisiyalarını kənara qoymalıdır ki, gələcək nəsillərə Avropa ölkəsini saxlasınlar”, - deyə o vurğulayıb.

 

Konfransın yekununda Litva Seyminin sədri Loretta Qraujinene Gürcüstan parlamentinin sədri David Usupaşviliyə rəmzi qalstuk bağışlayıb ki, Gürcüstan mütləq Avropa Birliyinin üzvü olacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 747
avatar

Oxşar yazılar