Laosda sərnişin təyyarəsi partlayıb. Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, ilkin olaraq sərnişinlər arasında sağ qalanın olmadığı bildirilib.
Qonşu Tailandın Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən, ekipajda daxil olmaqla təyyarədə 44 nəfər olub.
Təyyarə Laos paytaxtı Vyetyandan Pakseyə uçurmuş.
Məlumatlarda bildirilib ki, sərnişinlərin 17 Laos, qalanları isə Avstraliya, ABŞ, Fransa, Vyetnam və Malayziya vətəndaşları olub.
Tailandda çıxan «Banqkok post» qəzeti bildirib ki, qəza təyyarə Pakse hava limanına enərkən baş verib. Olayın baş verməsinə ilkin olaraq, əlverişsiz hava şəraiti göstərilir.
Uyğun qurumlar araşdırma aparır.