Türkiyənin 10-cu prezidenti Həmdə Necdət Sezərin qızları Əbru Akbatur və Zeynəb Qısacıkoğlunun keçən il «Eximbank»-dan işdən çıxarılıb.
Lent.az-ın Türkiyə informasiya vasitələrinə istinadən məlumatına görə, Cümhuriyyət Xalq Partiyası sədrinin müavini Ümid Oran bu məsələnin parlamentin gündəliyinə çıxarılması ilə bağlı məclis rəhbərliyinə sorğu göndərib.
Türkiyə baş nazirinin müavini Əli Babacan deyib ki, «Eximbank»ın baş idarəsi İstanbula köçürülüb: «Köçməyi qəbul etməyənlər işdən çıxarılıb».
Keçmiş prezidentin qızlarının işdən çıxarılması ilə bağlı Ümid Oranın sorğusuna isə bankdan belə cavab verilib:«Ticarət sirridir»