ABŞ-ın dövlət katibi Con Kerri ilə Əfqanıstan prezidenti Həmid Karzay təhlükəsizlik sahəsində əsas məsələlərlə bağlı razılığa gəlib. Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə , bu haqda «Röyter» xəbər yayıb. Həmin xəbərə əsasən, bəzi məsələlər ətrafında müzakirələr aparılsa da razılığa gəlinməyib.
Bunu Karzayla görüşünün yekunlarına həsr edilmiş mətbuat konfransında Kerri etiraf edib. Açıq qalan məsələlərdən biri işləri məhkəməyə verilən ABŞ əsgərlərinin immuniteti ilə bağlıdır. Əgər rəsmi Kabil mühakimə olunan amerikalı əsgərlərə immunitet təqdim etməzsə, o zaman NATO-nun Əfqanıstanda tamamilə çıxacağını Vaşinqton istisna etməyib.