Kabulda əcnəbilərin yaşadı yerə basqın olub
19 oktyabr 2013 02:10 (UTC +04:00)

Kabulda əcnəbilərin yaşadı yerə basqın olub

Kabulun ətrafında əcnəbilərin yaşadığı  «Qrin villic» («Yaşlı kənd»)yaşayış kompleksinə yaraqlılar basqın edib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, yerli polis bildirib ki, basqın oktyabrın 18-də gecə baş verib və hücumun başlanmasına siqnal minalanmış avtomobilin partladılması olub.

 

Basqından  bir  saat sonra yaşayış kompleksi yaxınlığında atışma səsləri eşidilib.

 

Mənbənin məlumatına əsasən, «Qrin Villic»də xarici təşkilatlarının, o cümlədən Aavropa ölkələri diplomat nümayəndəliyi və BMT təmsilçiliyi əməkdaşları yaşayır. Yaşayış kompleksi qalın divarla hasarlanıb və gücləndirilmiş rejimlə mühafizə olunur.

 

2012-ci il mayın 2-də də bu kompleks intahrçının olduğu avtomobil və  yaraqlıların hücumuna məruz qalmışdı. Onda bir neçə əfqan gözətçi öldürülmüş, əcnəbilərdən xəsarət alan olmamışdı.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 553
avatar

Oxşar yazılar