Rusiyanın Kabardin-Balkar Respublikasının Baksan rayonu ərazisində naməlum şəxslər polis kapitanını qətlə yetirib. Lent.az-ın “RİA Novosti”yə istinadən məlumatına görə, hadisə Baksan şəhərinin İnqilab küçəsində baş verib. Avtomatla silahlanmış iki naməlum şəxs polis kapitanı Aslan Karaçayevi atəşə tutub. Polis xəstəxanaya çatdırılsa da, orada keçinib.
Yol-Patrul Xidmətinin 39 yaşlı böyük müfəttişinə hücum işdən evə qayıdarkən baş verib. Hadisə yerində 9 və 5,45 mm çaplı gilizlər aşkarlanıb. Hadisə ilə əlaqədar “Vulkan-4” planı işə salınıb, cinayətkarların axtarışına başlanılıb.