İstanbulda qarşıdurma: 12 etirazçı yaralanıb, 63-ü tutulub
31 may 2013 22:43 (UTC +04:00)

İstanbulda qarşıdurma: 12 etirazçı yaralanıb, 63-ü tutulub

İstanbul polisi Taksim meydanındakı istirahət parkında ağacların qırılması və «Taksim layihəsinə» qarşı çıxan minlərlə insanın keçirdiyi etiraz aksiyasına müdaxilə edib.

 

Lent.az-ın «BBCtürkcə»-yə istinadən məlumatına görə, yüzlərlə təhlükəsizlik əməkdaşı istirahət parkında gecələyənlərə qarşı gözyaşardıcı qazdan istifadə edib.

Taksim meydanın bir müddətdir davam edən etiraz aksiyasına polis müdaxiləsi nəticəsində ilkin məlumata əsasən, 12 nəfər yaralanıb.

 

Beynəlxalq Əfv təşkilatı bildirib ki, dinc etirazçılara qarşı polisin «aşırı » güc tətbiqi dayandırılmalıdır.

 

Şəhərin Takssim və istiqlala prospektlərindəki etirazçılara qaz bombası atılıb. Sosial şəbəkələrdə yayılan xəbərlərə əsasən, «Taksim» metro stansiyası yaxınlığında isə nümayişçilərə gözyaşardıcı qaz tətbiq edilib.

 

Etirazçılara dəstək vermək məqsədi ilə parka gələn Cümhuriyyət Xalq Partiyasından olan millət vəkili İlhan Cihanər baş verən olayı belə dəyərləndirib: «Hökumət İstanbula, ağacına, insanına qarşı hücuma keçib».

 

Kürdlərin Barış və Demokratiya Partiyasından olan Sırı Sürəyya Öndər də etirazçılara dəstək vermək üçün parkda olub. Polisin müdaxiləsi nəticəsində onun da başından yaralandığı bildirilib.

 

Polisin atdığı gözyaşardıcı fişəngə qəzetçi Əhməd Şıkın başını yaralayıb.

 

Yerli müşahidəçilər meydanda və parkda ağacların kəsilməsinə qarşı olduqlarını bildirsələr də bəzi qüvvələrin təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında toqquşmanın yaranmasında maraqlı olan qüvvələrin varlığını da söyləyiblər.Onlar araqarışdıran həmin qrupların məlum olduğunu da vurğulayıblar.

 

Məlumata əsasən, 63 nəfər saxlanılıb.

 

Xatırladaq ki, hökumət Taksim meydanında ticarət mərkəzi tikməyi planlaşdırıb. Buna qarşı olanları isə bildirir ki, bu layihə gerçəkləşdiriləcəyi halda oradakı minlərlə ağac qırılacaq və tarixi abidələr məhv ediləcək. 

# 1034
avatar

Oxşar yazılar