İspaniya hakimiyyəti Britaniya və Portuqaliyadakı saat zonasına qayıdılması məsələsinə baxmağa hazırlaşır.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bununla da ikinci dünya savaşı zamanı general Fransisko Frankonun faşist Almaniyası ilə sinxronlaşdırdığı saat rejimi dəyişdirilə bilər.
Məsələ ilə bağlı hazırlanmış məruzədə bildirilib ki, mövcud saat rejimi ölkənin gündüz və gecə vaxtına ziddidir.
Mənbə bildirib ki, 71 ildir İspaniya vətəndaşları az yatır, gec yeyir və iqtisadi istehsalatda geri qalırlar.