İraqda daha bir terror hadisəsi baş verib. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, paytaxt Bağdadda kafeyə edilən hücum nəticəsində 52 nəfər ölüb, 44 nəfər isə yaralanıb.
Xilasedicilər tərəfindən dağıntılar altında olanlar xilas edilməkdədir. Ölü sayının artacağı ehtimal edilir.
Hələlik hücumu heç bir təşkilat üzərinə götürməyib.