Tacikistanın hazırkı prezidenti İmaməli Rəhmanın prezidentliyə namizədliyi Respublika Gənclər Birliyi tərəfindən irəli sürülüb.
Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, səsvermədən sonra təşkilatın sədri Malikşo Nemətov deyib: «Tacikistan Gənclər Birliyinin qurultayı İmaməli Rəhmanın namizədliyi 2013-cü il noyabrın 6-da keçiriləcək prezident seçkisinə birsəslə qəbul edib».
61 yaşlı prezident 1992-ci ildə ölkə Ali Sovetinin sədri olub. Həmin il bu vəzifə faktiki dövlətin birinci şəxsi sayılırdı. Bununla da 21-dir o, Tacikistana başçılıq edir.