Nyu-Yorkun meri Maykl Blumberq «Genesis Prize» ( «İrs mükafatı» «Bereşit») layiq görülən ilk şəxsdir. Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, bunu «Yəhudi Nobel»mükafatı da adlandırırlar.
Mükafat İsrail baş nazirinin dəftərxanası, «Genesis» və Yəhudi Agentliyi («Soxnut») tərəfindən təsis olunub. «Yəhudi Nobeli» yeni yəhudi nəslinin yetişməsinə, onların ruhlandırılmasında fəaliyyət göstərib, gerçək nailiyyət əldə edənlərə verilir.
Rəsmi təqdimetmə mərasimi oktyabrın 21-də Nyu-Yorkda keçirilib. Bir milyonluq mükafat isə Blumbergə 2014-cü ilin mayında Qüdsdə təqdim olunacaq.
«Nyu York Tayms»-ın yazdığına əsasən, Blumbergin 31 milyard dollarlıq varidatı var. O, bu pulu xeyriyyə işlərinə sərf etməyi planlaşdırdığını söyləyib.
«Yəhudi Nobeli»-niə 20-yə yaxın insan namizəd olub.
Seçim komitəsinə Yəhudi Agentliyinin sədri Natan Şaranski, İsrail parlamentinin sədri Yuli Edelşteyn, Nobel Mükafatı laureat Əli Vizel, Ali Ədalətli Məhkəmənin keçmiş sədri Meir Şamqar, ali məhkəmənin sədri Tova Ştrasberq-Koen, Britaniya Yəhudiləri icması Birliyinin baş ravvini lord Conanat Saks, nazirliyin baş direktoru Xarel Loker, jurnalist və yazıçı, İtaliya parlamentinin keçmiş üzvü Fiamma Nirnşteyn, hökuməti başçısının hüquqi məsləhətçisi Şlomit Barnea-Faraqo və «Genesis» fondunun qurucularından biri, rusiyalı iş adamı Petr Aven daxildir.
Fondun başqa iki təsisçisi rusiyalı iş adamları - Mixail Fridman və German Xandır.