Əsəd yenidən prezidentliyə namizəd olmaq istəyir
22 oktyabr 2013 06:50 (UTC +04:00)

Əsəd yenidən prezidentliyə namizəd olmaq istəyir

Suriya prezidenti Bəşar Əsəd 2014-cü ildə ölkədə keçiriləcək prezident seçkisinə namizəd kimi iştirak etmək üçün heç bir Mane görmədiyini bildirib.

 

Lent.az-ın «Röyter»-ə istinadən məlumatına görə, o, Livanın «əl-Mayadeen» telekanalına müsahibəsində deyib.

 

«Mən şəxsən növbəti prezident seçkisinə namizəd kimi qatılmaq üçün heç bir əngəl görmürəm»-deyə, o, bildirib.

 

Xatırladaq ki, sentyabrın sonunda B.Əsəd İtaliyanın «RaiNews24» telekanalına müsahibəsində bildirmişdi ki, ölkədə vəziyyət yaxşılaşarsa, tutduğu vəzifədən getməyə hazırdır ancaq indiki şəraitdə o, qalamağa üstünlük verir. Onda B.Əsəd prezidentliyə namizədlik qərarını  ərəfədə verəcəyini söyləmişdi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 800
avatar

Oxşar yazılar