Ermənistan hərbi akademiyasının zabitləri camış ətindən zəhərləniblər. Lent.az-ın “anspress”ə istinadən məlumatına görə, bu barədə Ermənistan mətbuatı xəbər yayıb.
Kütləvi zəhərlənmə nəticəsində hərbçilər təcili hospitala yerləşdirildikləri bildirilir. İrəvanın “Qraparak” qəzetinin yazdığına görə, səs-küy çıxmasın deyə, kursantların bəziləri digər xəstəxanalara, o cümlədən infeksion xəstəxanaya yerləşdirilib. Bəzilərinə yerindəcə yardım göstərilib. Həmin yerdə həmişə ordu üçün “delikates” hazırlanıb. Ermənistanın baş epidemioloqu Ara Asonyan da bu informasiyanı təsdiqləyib: “Bəli, belə bir məlumat var, lakin bu, ölkənin müdafiəsi, ordu ilə bağlı məsələ olduğundan, bunu gizli saxlamaq lazımdır”.
Asonyanın vətənpərvər çıxışından sonra jurnalistlərə hadisənin həqiqətən də baş verdiyi aydın olub. Xəsarət alanların vəziyyəti orta ağırdır, lakin bu, onların psixi vəziyyətinə çox pis təsir edib.