Ermənistanın Tavuş vilayətinin İcevan şəhərində qeyri-adi hadisə baş verib. Lent.az-ın bu ölkənin Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, şəhərin mebel mağazalarından birində dişi tülkü özünə sığınacaq tapıb.
Hadisə yerinə tələsən xilasedicilər mağazada tülkü yox, çaqqal aşkarlayıblar. Vəhşi heyvan tutularaq insanlardan uzaq yerə aparılıb.
Çaqqalı mağazaları gəzməyə aclığın vadar etdiyi güman olunur. Ermənistan meşələrində brakonyerlər və ovçuların fəaliyyətlərinin güclənməsi nəticəsində vəhşi heyvanların qidalanması da çətinləşib.