Ermənistan Silahlı Qüvvələrinin əsgəri, sıravi Ruben Davtyan tabel silahı ilə özünü güllələyib.
Lent.az-ın Ermənistan informasiya vasitələrinə istinadən məlumatına görə, bu haqda ölkənin Müdafiə Nazirliyi açıqlama verib. Mənbə bildirib ki, o, tabel silahı ilə özünü ölümcül yaralayıb və xəstəxanaya aparılarkən yolda keçinib.
Faktla bağlı cinayət işi açılıb.