Ərəb dövlətləri Səudiyyə Ərəbistanını BMT Təhlükəsizlik Şurasındakı yerindən imtina qərarına yenidən baxmağa çağırıblar.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, krallıq qurumun fəaliyyətinin «səmərəsizliyini və ikili standartdan çıxışı etdiyini» bildirərək, Təhlükəsizlik Şurasına müvəqqəti üzvlükdən imtina edib.
Bir neçə ərbə dövlətinin BMT-dəki səfiri məsələ ilə bağlı təcili toplantı keçirib. Yığıncaq qərara alıb ki, ərəblərin və islam dünyasının maraqlarını müdafiə etmək baxımındanə Səudiyyə Ərəbistanının TŞ-ın işində iştirakı vacibdir. Onlar bu haqda krallığın rəhbərliyinə müraciət qəbul edib.