Ərdoğanın partiyası “Ən azı 3 uşaq” deyəcək
21 sentyabr 2013 12:39 (UTC +04:00)

Ərdoğanın partiyası “Ən azı 3 uşaq” deyəcək

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın yeni ailə quran gənclərə ən azı 3 övlad sahibi olmaları barədə tövsiyəsi hakim partiyanın parlament seçkilərində şüarı olacaq.

 

Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, AKP sədrinin müavini Nükhet Hotar partiyanın rayon təşkilatlarının sədrləri ilə görüşündə seçicilərin diqqətini ölkədə yaşlı nəslin xüsusi çəkisinin artmasına yönəldilməsinin zəruri olduğunu bildirib.

 

Nükhet Hotar Türkiyənin gələcəkdə yaşlı nəsillə bağlı problemlərlə üzləşə biləcəyini qeyd edib, hökumətin bu problemin yaranmasını önləmək üçün işləyən qadınların analıq məzuniyyətinin, uşaq pulunun artırılması kimi addımlar atmaqda olduğunu söyləyib. Partiyanın yerli təşkilatlarına təbliğat kampaniyası dönəmində 3 uşaq məsələsini gündəmdə saxlamaq tapşırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 668

Oxşar yazılar

Tramp Elon Maskı sərt tənqid etdi

Tramp Elon Maskı sərt tənqid etdi

7 iyul 2025 , 06:19
İsrail Yəmənə qarşı “Qara Bayraq”  əməliyyatı həyata keçirdi

İsrail Yəmənə qarşı “Qara Bayraq” əməliyyatı həyata keçirdi

7 iyul 2025 , 04:39
İsrail “Hizbullah” hədəflərinə zərbələr endirdi

İsrail “Hizbullah” hədəflərinə zərbələr endirdi

7 iyul 2025 , 01:14
19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi

19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi

6 iyul 2025 , 18:36
İlon Mask, amerikalı iş adamı

Maskdan gözlənilməz addım - Siyasi partiya qurdu-YENİLƏNİB

6 iyul 2025 , 18:35
Çin və Aİ arasında yeni qalmaqal

Çin və Aİ arasında yeni qalmaqal

6 iyul 2025 , 16:06
Bu ölkədə güclü zəlzələ oldu

Bu ölkədə güclü zəlzələ oldu

6 iyul 2025 , 11:18
Qonşu ölkədə təyyarə qəzaya uğradı

Qonşu ölkədə təyyarə qəzaya uğradı

6 iyul 2025 , 09:49