Əcnəbi homoseksuallara Dubaya da getmək  yasaqlanıb
09 oktyabr 2013 05:43 (UTC +04:00)

Əcnəbi homoseksuallara Dubaya da getmək yasaqlanıb

Körfəz dövlətləri cinsi azlıqlara münasibəti sərtləşdirən qanun qəbul edib.

 

Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, Küveyt Səhiyyə Nazirliyinin ictimai sağlamlıq idarəsinin başçısı Yusif Mindkar bildirib ki, yeni tibbi testlər əcnəbi homoseksualların Körfəz Dövlətləri Qarşılıqlı Şurasına üzv ölkələrin ərazisinə buraxılmamasına imkan verir.

 

Bu şuraya Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qətər və  Oman daxildir. Bu ölkələrin hamısında həmcinslərin «sevişməsi» cinayət sayılır. Səudiyyə Ərəbistanının da onlar edam olunur.

 

 

«Tibbi mərkəzdə əcnəbi işçilər civə sınağında keçirilir. Yeni, daha sərt qaydalar homoseksualların aşkarlanmasına və ölkəmizə buraxılmamasına yardım edir» -deyə, Mindkar «əl-Ray» qəzetinə bildirib. O, testlə bağlı əlavə məlumat verməyib.

 

 

«Gulfnews»-un məlumatına görə, 2011-ci ildə ərəb dünyasından Bəhreynə gedən cinsi azlığın 127 nümayəndəsi  yerli polis həbs etmişdi. Onlar tədbir keçirmək üçün balıqçı kəndlərindən birində zal icarə götürübmüş. Yerli sakinlər polisi xəbərdar edəndən sonra hamısı həbs olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 862
avatar

Oxşar yazılar