Dövlət katibinin müavini Moskvaya gedir
19 oktyabr 2013 05:10 (UTC +04:00)

Dövlət katibinin müavini Moskvaya gedir

ABŞ dövlət katibinin birinci müavini Uilyam Berns oktyabrın 20-22-də Rusiyaya səfər edəcək.

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, Moskvaya səfəri zamanı o, Rusiyanın yüksək səlahiyyətli rəsmiləri ilə görüşüb, qlobal və ikitərəfli məsələlər dair əhatəli danışıqlar aparacaq.

 

Amerikalı diplomat ölkəsi ilə Rusiyanın təhlükəsizlik sahəsində əməkdaşlığı, eləcə də ikitərəfli ticarət və investisiya məsələlərini müzakirə edəcək.

Xatırladaq ki,2005-2008-ci illərdə Ulyam Berns ABŞ-ın Rusiyadakı səfiri olub.

Mənbə bildirib ki, Vaşinqtonla Moskva bir çox və çeşidli məsələlər, o cümlədən Suriyadakı vəziyyət və İranın atom proqrammı ilə bağlı əməkdaşlıq edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 567
avatar

Oxşar yazılar