Danışıqların növbəti mərhələsi noyabrda olacaq
17 oktyabr 2013 01:58 (UTC +04:00)

Danışıqların növbəti mərhələsi noyabrda olacaq

İranın atom – problemi ilə bağlı beynəlxalq ictimaiyyəti vasitəçisi olan «altılıq»-la Tehran təmsilçiləri arasında görüşün növbəti mərhələsi bu il noyabrın 7-8-də Cenevrədə keçiriləcək.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu haqda İslam Respublikasının xarici işlər naziri Məhəmmədcavad Zərif açıqlama verib.

 

 

Cenevrədəki müzakirə İrana tətbiq olunan sanksiyaların götürlməsini müəyyənləşdirməyə imkan verməyib. ABŞ administrasiyasının təmsilçisi belə deyib. Onun sözlərinə əsasən, hələlik bu məsələdə mövcud olan fikir ayrılığı qalmaqdadır.

 

Xatırladaq ki, «oktyabrın 16-da Cenevrədə keçirilən müzakirələrdə İranın yeni təkliflər paketi təqdim etdiyi bildirilib.

 

 

 

Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin sözçüsü Maykl Mann deyib: «İranın nüvə məsələsinin həlli ilə bağlı olan paket «altılıq» ölkələrinin nümayəndələri ilə çalışan mütəxəssislərə tezliklə baxış keçirmələri üçün təqdim olunub. Əvəlki danışıqlar nəticəsiz başa çatsa da, indiki müzakirələrdə konkret nəticələrə nail olunacağına ümid edirəm. Hər halda müzakirələrə nikbin yanaşsam da, ehtiyatlı da davranıram”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 654
avatar

Oxşar yazılar