Xərclərin artması ucbatından Britaniyanın bir sıra universitetləri bağlana bilər.
Lent.az-ın «Russia today»-a istinadən məlumatına görə, bu bəyanatı Britaniya Sənaye Konfederasiyasının icraçı direktoru Con Kridland verib.
Araşdırmalara əsasən, təhsil büdcəsinin ixtisarı və bu sahəyə hökumət qrantlarının azalması 30 yaxın ali təhsil müəssisəsini bağlanmaqla üz-üzə qoyub.
«Bizdə çoxlu universitet var. Onların müstəqilliyini qoruması üçün iqtisadi imkanları çox zəifdir.Bu səbəbdən bəzi ali təhsil ocağları birləşməlidir»-deyə, icraççı direktor söyləyib.
Yeni universitetlər birliyinin, «Million+» qrupunun təmsilçisi Pem Petlou bununla razı olmadığını bildirib. Onun sözlərinə görə, problem tələbələrin və ya təhsil müəssisələrinin sayında deyil, məsələ maliyyə vəsaitinin optimallaşdırılmasının yetərincə olmamasındadır.
Bağlanma təhlükəsi olan yaxud birləşəcək ali təhsil müəssisələri arasında London Metropolitan Universiteti, London Şərq Universiteti, («University of East London»), Kambria («University of Cumbria») və Liverpul («Liverpool Hope University») universitetləri də var.