Berluskoni yenə İtaliyanı silkələdi
27 sentyabr 2013 09:42 (UTC +04:00)

Berluskoni yenə İtaliyanı silkələdi

İtaliyanın sabiq baş naziri Silvio Berluskoninin sədri olduğu Xalq Azadlığı Partiyasının faktiki bütün deputat və senatorları istefa ərizəsi yazıb.

 

Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, buna səbəb Silvio Berluskoninin qanunverici orqandan kənarlaşdırılmasıdır.

Partiyanın parlamentin aşağı palatasındakı qrupunun rəhbəri Renato Brunetta bu addımlarını liderlərinə “sevgi və sədaqət” jesti sayıb.  Sabiq baş nazirin partiyadaşlarının atdığı addım isə İtaliyada növbəti hökumət böhranının yaxınlaşdığından xəbər verir. Çünki baş nazir Enriko Lettanın qurduğu hökumətin geniş koalisiyaya əsaslanması zəruridir.  Hazırda Nyu-Yorkda BMT Baş Assambleyasının toplantısında iştirak dən Enrko Letta deyib ki, İtaliyaya qayıdan zaman prezident Corcl Napolitano ilə məsləhətləşmə aparacaq.

Silvio Berluskonini parlamentdən çıxarıldıqdan sonra maliyyə fırıldaqlarına görə həbs gözləyir. Silvio Berluskoninin deputat mandatından məhrum edilməsi ilə bağlı parlamentin xüsusi komissiyasının növbəti iclası oktyabrın 3-də keçiriləcək. Daha sonra məsələ parlamentdə ümumi səsverməyə çıxarılacaq.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1199
avatar

Oxşar yazılar