Bağdadın Sədr-siti rayonunda baş vermiş partlayış nəticəsində həlak olanların sayı 62 nəfər çatıb. Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, 70-dən çox dinc sakin çeşidli dərəcədə yaralanıb.
Mənbə bildirib ki, partlayış qurbanları arasında qadın və uşaqlar da var.
***
23.03
Bağdadın şimalında dəfn mərasimi zamanı bir neçə partlayış olub.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, polis və tibb işçiləri bildirib ki, hadisə nəticəsində onlarla insan həyatını itirib.
Yerli hakimiyyətin məlumatına əsasən, avtomobilə quraşdırılmış partlayıcını intiharçı hüzr çadırının yanında partladıb.
Polis, yanğınsöndürənlər və həkimlər olay yerinə gələndən sonra daha bir partlayış olub.
Hadisə qurbanlarının sayı dəqiqləşdirilir. İlkin məlumata görə, 40-50 nəfər həlak olub.