Oktyabrın 18-dən Şengen zonası ölkələri və İsveçdə Avropa Birliyinə üzv olmayan ölkələrdən qısa müddətə və viza ilə gələnlər üçün yeni qaydalar qüvvəyə minib.
Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, bu şəxslər Şengen zonasında 90 gündən 180 günə qədər müddətdə qala biləcəklər.
Eyni zamanda həmin şəxslər 90 gün müddətində Şengen zonasındakı ölkələrə bir neçə dəfə gəlib gedə bilərlər. Bu, Avropa Birliyi ölkələrində yaşamaq hüququ, yaxud uzunmüddətli viza ilə gələnlərə şamil edilmir.