Apelyasiya Məhkəməsi Berluskoni barədə qərar verdi
19 oktyabr 2013 15:07 (UTC +04:00)

Apelyasiya Məhkəməsi Berluskoni barədə qərar verdi

İtaliyada Apelyasiya Məhkəməsi  sabiq baş nazir Silvio Berluskoni ilə bağlı qərar verib.

 

Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, Apelyasiya Məhkəməsi Silvio Berluskoninin siyasi partiyaya rəhbərlik etməsi ilə bağlı 5 illik məhdudiyyəti 2 ilə qədər azaldıb.

 

Qeyd edək ki, aşağı məhkəmə instansiyası sahibi olduğu “Mediaset” şirkətinə dair maliyyə fırıldağı ilə bağlı Silvio Berluskoninin  4 il azadlıqdan məhrum edilməsi, 5 il isə siyasi partiyaya rəhbərlik etməsinə qadağa qoyulması barədə qərar verib.  Amnistiya haqqında qanuna əsasən həbs müddəti 1 ilə qədər azaldılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 563
avatar

Oxşar yazılar