Almaniya təhlükəsizlik baxımında Əfqanıstandakı səfirliyinin işini müvəqqəti olaraq, dayandırıb.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, bu haqda Almaniyada çıxan «Velt» qəzetinin saytı xəbər yayıb.
Mənbənin bildirdiyinə əsasən, Almaniyanın Federal Kəşfiyyat Xidməti («BND»)«taliban» hərəkatı təmsilçilərinin alman diplomatlarına basqın edəcəyi haqda «konkret məlumat» əldə edib.
Almaniyanın Xarici İşlər Nazirliyinin təmsilçisi xəbəri təsdiqləyərək, deyb: «Hazırda Kabuldakı səfirliyimiz bağlıdır. Ətraflı məlumat verə bilmərəm» .