Boston marafonundan sonra ABŞ-da növbəti şok yaşanıb. Lent.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, mayın 12-də Yeni Orleanda Analar Günü münasibəti ilə keçirilən parad qana boyanıb.
Yerli vaxtla saat 13:45 radələrində Frençmen küçəsindən keçən insanlara atəş açılıb. 10 kişi, 7 qadın, o cümlədən bir qız və oğlan uşağı yaralanıb. Yaralılardan 3-ün vəziyyəti ağırdır. Polis hücumda şübhəli sayılan 3 nəfərin hadisə yerindən qaçdığını açıqlayıb. Şübhəlilərdən biri qara dərili, 18-22 yaşlı qısa saçlı gəncdir. Şübhəlilər axtarılır.