ABŞ hərbçilərini Qırğızıstandan  çıxarır
19 oktyabr 2013 07:50 (UTC +04:00)

ABŞ hərbçilərini Qırğızıstandan  çıxarır

Pentaqon Qırğızıstan ərazində Manas tranzit mərkəzindəki qüvvələrini çıxarmağa başlayıb. Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, ABŞ-ın Müdafiə Nazirliyi müəssisəni 2014-cü ilin iyulunadək yerli hakimiyyətə təhvil verməyə planlaşdırıb.

 

Pentaqon Qırğızıstan hakimiyyətinə 12 ildən artıq bir müddət ərzində Əfqanıstanda terrorçuluğa qarşı mübarizədə, təhlükəsizlik  və sabitliyin yaranmasında  əməkdaşlıq etdiyi təşəkkür edib. Qurum Qırğızıstan hakimiyyətinin məsələ ilə bağlı qərarına da hörmətlə yanaşdığını bildirib.

 

Pentaqon qeyd edib ki, ABŞ Qırğızıstanda demokratiya və iqtisadiyyatın inkişafını dəstəkləyəcək.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 572
avatar

Oxşar yazılar